Özlərini Vətən müharibəsi əlili kimi təqdim edərək ağac kəsən şəxslərə cinayət işi açıldı


HADİSƏ 06 okt 2021, 17:18
Bəzi kütləvi informasiya vasitələrində paytaxtın Nərimanov rayonu, Dərnəgül 1 ünvanı ilə Z.Bünyadov prospektinin kəsişməsindəki yaşıllıq zolağında 60 ədəd ağacın özlərini “Vətən müharibəsi əlillərinə kömək” ictimai birliyinin əməkdaşları kimi təqdim edən bir qrup şəxs tərəfindən kəsilərək məhv edilməsi ilə bağlı məlumatlar yayılıb.

Bu barədə Demokrat.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qeyd edilən ərazidə ağacların kəsilməsi ilə əlaqədar Nərimanov rayon polis idarəsinin 17-ci polis şöbəsində vətəndaş müraciətləri əsasında araşdırma aparılmış, toplanmış material Nərimanov rayon prokurorluğu tərəfindən öyrənilməklə fakta görə Cinayət Məcəlləsinin 259.1-ci (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması rayon polis idarəsinin İstintaq şöbəsinə tapşırılıb.

Hazırda iş üzrə istintaq davam edir.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top