Zirzəmidə qadın meyiti tapıldı

SOSİAL 04 okt 2021, 12:38
Səbail rayonunda naməlum qadın meyit aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən  verilən məlumata görə, Səbail rayonu B.Sərdərov küçəsi, ev 8 ünvanının zirzəmisində tefeyli həyat tərzi sürən naməlum şəxsin (qadın) meyiti aşkar edilib. İlkin araşdırmalar zamanı onun şəxsiyyətinin müəyyən edilməsi mümkün olmayıb. Həmin şəxsin meyiti aşkar edilməzdən əvvəl şəhərin müxtəlif yerlərində müşahidə kameraları ilə görüntüləri də qeydə alınıb.

Şəxsiyyəti istintaqa məlum olmayan, şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Səbail Rayon Polis İdarəsinə və 9-cu Polis Bölməsinə (012) 492-02-02, (012-492-53-69), (012-437-02-02) telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top