Telman İsmayılov iki aylıq həbs edilir

GÜNDƏM 02 okt 2021, 19:36
Monteneqroda saxlanılan Telman İsmayılov barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 

Bunu T. İsmayılovun vəkili Marina Rusakova deyib. 

Onun sözlərinə görə, qərardan artıq apellyasiya şikayəti verilib: 

“Telman İsmayılov siyasi sığınacaq üçün müraciəti yoxlanılan zamanı saxlanılıb. Bu da şikayət üçün əsaslardan biridir. Həbs olunmasına baxmayaraq, Monteneqro İsmayılovun apellyasiya şikayəti ilə bağlı hələ bir qərar verməyib, ona siyasi sığınacaq verilməsi məsələsi ölkə hakimiyyəti tərəfindən baxılmaqdadır”.

Vəkil bildirib ki, Monteneqro hökuməti T. İsmayılova siyasi sığınacaq verməkdən imtina edərsə, onun Rusiyaya təhvil verilməsi məsələsi iki aya qədər çəkə bilər. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top