“Televiziyalara məni yox, hörməti olmayan politoloqları çağırırlar” — Hafiz Hacıyev

SİYASƏT 28 sen 2021, 19:35
“Xalq və dövlət üçün çalışanlara həmişə qarşı çıxanlar olub. Tale belədir. Adam utanır”. 

Demokrat.az
bildirir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib:

“Hafiz Hacıyevin taleyi belədir də. Xalqı və dövləti üçün çalışan insanlara münasibət həmişə belə olur. Televiziyaların çoxu hörmətsizdir. Mən heç ora getmək istəmirəm. Bilmirəm hansı əsaslarla kimləri dəvət ediblər. Adam utanır. TV-lərə ictimaiyyət arasında hörməti olmayan bəzi politoloqlar çağırılır.

İctimai Televiziya xalqın pulu ilə maliyyələşir. İstərdim ki, orada xalqını, vətənini sevən insanlar çıxış etsin. Amma çox təəssüf ki, onu görə bilmirik. Eyni adamlar, eyni sifətlər, çoxu da heç evlərini tanımır.

Lakin Sərdar müəllimin, Mirmahmud ağanın orda olması bizi sevindirir. İlqar Məmmədov satqının biridir. Anonsverən, işverən adamdır. Bu günlərdə də kimlərinsə ünvanına danışır, məhkəməyə verir. Bu insanlar belədir. Dövlətdən aldığı 200 min manatdan bir qəpik də şəhid ailələrinə vermədi”.

Partiya sədrinin sözlərinə görə, onu gözü götürməyənlər var:

“Hafiz Hacıyev harada olsa belə, sözün düzünü, həqiqəti deyir. Xalqın sözünü deyənləri qəbul etmirlər. Xalqın sözünü də hər adam deyə bilməz. Deyən bir nəfərdir - Hafiz Hacıyev. Hafiz Hacıyevi gözləri götürməyən, qısaqananlar var. Məni bu elə də narahat etmir. Zamanında sözümü demişəm. Hər halda mən dövlətimə, xalqıma, vətənimə sadiq bir insanam. Kim nə cür düşünür-düşünsün, bundan sonra nə düşünəcəklər öz işləridir. Onsuz da indi satqınların bəxti yaxşı gətirir. Zaman o zamandır ki, satqın olasan, vətənini sevməyəsən, agent olasan, onda bəxtin açılacaq. Vətənini, xalqını sevənin harada bəxti gətirir ki...”

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top