Lənkəranda şəhidlərin xatirəsi yad edildi — FOTO

SOSİAL 27 sen 2021, 20:45
27 sentyabr - Anım Günü ilə əlaqədar olaraq Lənkəran rayonunda da mərasim təşkil olundu. Sentyabrın 27-də Lənkəranda da 44 günlük Vətən Müharibəsinin başlanmasının birinci ildönümünə və şəhidlərin əziz xatirəsinə həsr olunmuş kütləvi anım mərasimləri keçirilib.

Anım mərasimi əsaslı tikinti-bərpa işlərindən sonra yenidən açılan Şəhidlər Xatirə Kompleksi abidəsi önündən başlanıb.  Lənkəran ŞİH başçısı Taleh Qaraşov, Milli Məclisin deputatı Ziyafət Əsgərov, İcra Aparatının rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının, müxtəlif idarə və təşkilatların rəhbər işçiləri, din xadimləri, ictimaiyyət nümayəndələri pandemiya qaydalarına uyğun olaraq Şəhidlər Xatirə Kompleksi abidəsini ziyarət edib şəhid qəbirləri üzərinə tər çiçəklər düzərək xatirələrini ehtiramla yad ediblər. İcra başçısı, Milli Məclisin deputatı, İcra Aparatının rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri rayon ərazisində müxtəlif yerlərdə dəfn olunmuş şəhidlərin məzarlarını ziyarət ediblər. Həmin gün  məscid və ibaqdətgahlarda şəhidlərin ruhuna dualar və Quran ayələri oxunub, Şəhidlər Xiyabanının genişləndirilmiş ərazisində və Heydər Əliyev prospektində 1000-ə yaxın həmişəyaşıl ağaclar əkilib.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top