COVID-19-un hansı ştamı daha təhlükəlidir?


SOSİAL 26 sen 2021, 18:48
"Koronavirusun "mu" ştamı "delta" ştamı qədər təhlükəli deyil, onun yoluxma arealı da geniş olmayacaq".

Unikal.org xəbər verir ki, bunu biologiya elmləri doktoru, Rusiya Elmlər Akademiyası Tibbi Genomika Araşdırma Mərkəzinin baş elmi işçisi Ança Baranova deyib.

"Koronavirusun "mu" ştamı "delta"nın az olduğu və ya olmadığı ölkələrdə yayıla bilər", - deyə  Baranova qeyd edib.

Elmiş işçi "delta" ştamının güclü yoluxuculuğu səbəbindən dominant olaraq qaldığını vurğulayıb.

Qeyd edək ki, koronavirusun "mu" ştamı ilk dəfə 2021-ci ilin yanvar ayında Kolumbiyada aşkar edilib.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top