Hərbi təyyarəçilərimiz “Texnofest-2021” festivalında növbəti uçuşu nümayiş etdiriblər — FOTO

HƏRBİ 26 sen 2021, 18:32
Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən  “Texnofest-2021” festivalının son günündə hərbi təyyarəçimizin növbəti uçuşu nümayiş olunub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, uçuşdan əvvəl Vətən müharibəsi zamanı şəhid olan hərbi qulluqçularımızın əziz xatirəsi yad edilib, Azərbaycan Respublikasının şanlı bayrağı dalğalandırılıb.
Hərbi təyyarəçimizin İstanbul səmasında çətin pilotaj manevrlərlə nümunəvi uçuşu aviaşounu izləyən qonaqların marağına səbəb olub.

Qeyd edək ki, Atatürk Beynəlxalq Hava limanında keçirilən “Texnofest-2021” aviasiya, kosmos və texnologiyalar festivalının dördüncü ilində Azərbaycan Hərbi Hava Qüvvələrinin 2 ədəd MİQ-29 döyüş təyyarələri müxtəlif günlərdə nümunəvi uçuşlar ediblər.





SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top