Pakistan Azərbaycana avtomobil nəqliyyatı ilə yükdaşımalara başladı

SOSİAL 24 sen 2021, 22:06
Pakistanın "National Logistics Cell" logistika şirkəti Azərbaycan və Türkiyəyə avtomobil nəqliyyatı ilə yükdaşımalara başlayıb.

Bizim.Media xəbər verir ki, bunu ölkənin baş nazirinin ticarət və investisiyalar üzrə müşaviri Abdul Razak Davud deyib.
 
O bildirib ki, daşımalar TIR beynəlxalq buraxılış sistemi vasitəsilə həyata keçirilicək. Onun sözlərinə görə, bu cür buraxılışlar, əsasən özəl şirkətlərə veriləcək.

Müşavirin sözlərinə görə, ilkin mərhələdə yüklər Pakistandan Türkiyə, Azərbaycan və Türkmənistana daşınacaq. Gələcəkdə daşımaların Mərkəzi Asiya ölkələrinədək genişləndirilməsi planlaşdırlır.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top