"Soyqırıma məruz qalanlar arasında ləzgilər, avarlar, tatlar, kürdlər, hətta qeyri-müsəlmanlar da var idi"

GÜNDƏM 24 sen 2021, 15:15
Ermənilər azərbaycanlılara qarşı-qarşı zaman-zaman soyqırımlar həyata keçiriblər. Soyqırımına məruz qalan əhali ümumi ad altında müsəlman adlandırılsa da, onların içərisində Azərbaycanda yaşayan millətlərin nümayəndələri - ləzgilər, avarlar, tatlar, kürdlər, hətta qeyri-müsəlmanlar da var idi.

Demokrat.az xəbər verir ki, bu fikirlər Bakı Beynəlxalq Multukulturalizm Mərkəzinin təşkilatçılığı ilə 27 sentyabr - Anım Günü ilə əlaqədar "Biz birlikdə güclüyük" mövzusunda keçirilən tədbirdə Mərkəzin Himayəçilik Şurasının sədri Kamal Abdulla tərəfindən səsləndirilib.

Kamal Abdullayev daha bir tarixi faktı səsləndirərək qeyd edib ki, ermənilər azərbaycanlılara qarşı soyqırımı həyata keçirərkən öz planlarını tam miqyasda icra etmək üçün hətta başqa fikirdə olan erməniləri də öldürüblər.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top