Bu səbəbdən sürücülər cərimələndi

SOSİAL 23 sen 2021, 20:22
Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək qəzların qarşısının alınması ilə əlaqədar nəzarət-profilaktik tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan  verilən məlumata görə, keçirilən növbəti belə tədbir zamanı dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb. Bundan başqa araşdırmalar zamanı piyadalara yol verməyən sürücülər ilə bərabər piyada keçidlərindən istifadə etməyən vətandaşlar da müəyyən edilərək barələrində qanunamüvafiq tədbir görülüb.

Ümumilikdə 80-dən çox rayon sakini barəsində inzibati protokol tərtib edilərək məsuliyyətə cəlb olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top