“ABŞ miqrantlarla bağlı öhdəliklərini yerinə yetirmədi” — Ərdoğan

SOSİAL 22 sen 2021, 20:04
“ABŞ əfqan miqrantlar mövzusunda öhdəliklərini yerinə yetirmədi”.

Bunu  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikanın CBS kanalına müsahibəsində deyib.

“Hazırda ölkəmizdə qeydiyyatdan kənar 300 mindən çox əfqan miqrant var. Ölkəmizin bundan sonra miqrant  qəbul etməyə gücü çatmaz.

ABŞ əfqan qaçqınlarla bağlı daha çox iş görməliydi. 20 ildir niyə Əfqanıstandadır? Bu sualın cavabını özünə versin”, - deyə Ərdoğan qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top