Elnur Əşrəfoğlu ECMO-ya qoşuldu

SOSİAL 21 sen 2021, 10:40
Koronavirusa yoluxan Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini, tanınmış idman şərhçisi Elnur Əşrəfoğlunun son durumu açıqlanıb.

Jurnalistin müalicə aldığı "Yeni Klinika"dan "Report"a bildirilib ki, E.Əşrəfoğlunun vəziyyəti kritik olaraq qalmaqdadır.

"Agciyər göstəricilərində müsbətə doğru dəyişikliklər olmadığı üçün ECMO-ya qoşulub", - deyə klinikadan məlumat verilib.

Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan həmkarımız daha sonra "Yeni Klinika"ya köçürülüb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top