“Doing Business” hesabatı ilə bağlı əsl reallıq nədən ibarətdir?

İQTİSADİYYAT 20 sen 2021, 19:50
Dünya Bankının “Doing Business” hesabatlarının nəşrini tamamilə dayandırması birmənalı qarşılanmayıb. Dünyanın nüfuzlu mətbuat orqanlarında bununla bağlı ciddi araşdırma yazıları yer almaqdadır.

Ölkə daxilində isə bir neçə gündür qurumun bu qərarı məqsədli şəkildə Azərbaycanın üzərinə fokuslanır. Bəlli müxalif dairələr məqsədli şəkildə guya ölkəmizlə bağlı hansısa saxtakarlıqların olmasını qabardaraq fərqli formada ictimaiyyəti çaşdıran mövqedən çıxış edirlər.

Əslində nə baş verib?

Xatırlatmaq yerinə düşər ki, hələ ötən ilin 27 avqust tarixində açıqlanmış press-relizdə hesabatda nəticələrin saxtalaşdırıldığı əsas gətirilərək sənədin nəşrinin təxirə salındığı bəyan olunmuşdu. Bundan sonra hesabatlardakı yalnışlıqların aradan qaldırılması məqsədi ilə Dünya Bankı tərəfindən kənar audit şirkəti (WilmerHale şirkəti) cəlb edilib və son 5 ilin sistematik qiymətləndirilməsi həyata keçirilib.
Hazırda dünyanın nüfuzlu mətbu orqanlarında yer alan məlumatlarda aparılan diaqnostik qiymətləndirmələr zamanı bank rəhbərliyinin bəzi ölkələrin (burada Çin nəzərdə tutulur) xeyrinə nəticələrin süni formada yüksəldilməsi göstərişi verdiyi bildirilir. Bu sırada Azərbaycanın adı tamamilə başqa formada çəkilir.

Belə ki, Azərbaycanda aparılan islahatların “Doing Business” hesabatlarında qərəzli şəkildə nəzərə alınmadığı (Reuters və Kommersant) qeyd olunur. Məlumatların doğru əks olunmadığı bildirilən 4 ölkə (Səudiyyə Ərəbistanı, BƏƏ, Çin və Azərbaycan) arasında yeganə olaraq Azərbaycanın göstəricilərinin süni olaraq qurum tərəfindən azaldıldığı, eyni zamanda aparılan bir sıra islahatların hesabat üzrə qiymətləndirmələrdə üzə çıxmadığı bəlli olub.

Araşdırmaların nəticələrinə diqqət edək: əgər Dünya Bankı tərəfindən 2020-ci il üzrə hesabatda nəticələr saxtalaşdırılmasaydı, Çin 7 pillə, Səudiyyə Ərəbistanı 1 pillə geri mövqedə, BƏƏ olduğu mövqedə, Azərbaycan isə 6 pillə daha ön reytinqdə qərarlaşacaqdı. Bundan başqa, aparılan audit yoxlamalarının nəticəsi olaraq hazırlanmış hesabatda düzəlişlər edildikdən sonra Azərbaycanın göstəricisi 6 pillə artmaqla 34-dən 28-ci mövqeyə yüksəlmişdi.

Vurğulamaq vacibdir ki, Azərbaycana qarşı qərəzli münasibətin və ölkənin reytinqinin süni formada azaldılmasında hesabatın yaradıcılarından Simeon Dyankovun xüsusi neqativ rolu olub. WilmerHale-nin araşdırmasının nəticələrinə dair dərc olunmuş hesabatda Simeon Dyankovun arqumentlərinin əsassız olduğu və Azərbaycana qarşı açıq qərəzli mövqedən çıxış etdiyi yer alıb.
Bütün bu qərəzli münasibətin kökündə təbii ki, Azərbaycanda aparılan islahatlara kölgə salmaq dayanır. Bu gün daxildə ölkəmizə qarşı baş verənləri siyasiləşdirib, tamamilə başqa formada ictimaiyyəti çaşdırmaq isə çirkin niyyətlərə xidmət edir.

"Doing Business" hesabatlarında bir sıra hallarda ölkələrə qərəzli yanaşılması barədə məlumatlar yeni deyil və zaman-zaman ayrı-ayrı nüfuzlu mətbuat orqanlarında bu barədə informasiyalar yer alıb.

Ölkəmizin hansısa nüfuzlu hesabatda yer almasının və irəliləməsinin əsas səbəbləri bəllidir. Hökumətin əksər sahələrdə öz xidmətlərini elektronlaşdırması, bu xidmətlərin əlçatanlığının təmin olunması, əhali ilə ünsiyyətdə prosedurların sadələşdirilməsi, get-gəlin və tələb olunan bir sıra xərclərin azaldılması, şəffaflığın önə çıxması əsas amillər kimi çıxış edir. Bu isə “Doing Busines” hesabatında Azərbaycanın layiqlı yerdə qərarlaşmasına bilavasitə təsir edib. Azərbaycandakı davamlı islahatlara kənar və tam tərəfsiz baxış yetər ki, ən islahatçı ölkələrdən biri olduğu bir daha təsdiqini tapsın.

İslahatların davamlılığı baxımından ölkəmiz son illәrdә yeni vә daha intensiv mәrhәlәni yaşayır. İctimai hәyatın bütün sahәlәrindә yeni dövrün tәlәblәrinә uyğun islahatların aparılması Azәrbaycanı böyük nüfuz sahibinә, lokomotiv dövlәtә çevirib. Qlobal enerji vә kommunikasiya layihәlәrinin ardıcıl surәtdә hәyata keçirilmәsi, bazar iqtisadiyyatı prinsiplәrinin tam bәrqәrar olması, xarici investisiyaların regionların inkişafına yönәldilmәsi, ölkәdә azad sahibkarlıq vә biznes mühitinin formalaşdırılması kimi vacib mәqamlar da mövcud iqtidarın siyasәtinin prioritet istiqamәtlәri sırasında xüsusi vurğulanmalıdır.

Şәffaflığın artırılması mәqsәdilә həm idarəetmədə, həm qanunvericilkdə islahatların gerçəkləşdirilməsi, әhalinin güzəranının yaxşılaşdırılması, kommunal islahatların aparılması, sahibkarlığın inkişafına mane olan amillәrin aradan qaldırılması kimi mühüm mәsәlәlәrin həlli üçün atılan addımların əyani şahidiyik.

Qeyri-neft sektorunun möhkәmlәnmәsinə, iqtisadiyyatın neftdәn asılılıq dәrәcәsinin azaldılmasına, sosial infrastruktun yenilәnmәsinə, özәl sektorun vә sahibkarlığın inkişafına xüsusi diqqәt mövcuddur.

Bir sözlə, Azәrbaycanın son illәrdә әldә etdiyi zәngin tәcrübә analoji inkişaf yolunda olan digәr ölkәlәr üçün dә model rolunu oynamaqdadır. Ona görə də “Doing Busines” hesabatında Azərbaycanın ən islahatçı ölkədən biri elan olunması görülən işlərə verilən qiymət olub və burada hansısa şişirdilmiş nəticə axtarmaq əbəsdir.

Azərbaycan bundan sonra da Dünya Bankı ilə bu istiqamətdə əməkdaşlığa açıqdır. Hər halda Dünya Bankı tərəfindən gələcəkdə biznes və investisiya mühitinin qiymətləndirilməsi məqsədi ilə yeni yanaşmalar əsasında metodologiyaların və qiymətləndirmələrin aparılacağı da anons edilib.

Əməkdar jurnalist Elman Babayev

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top