Özünü "şir" adlandıranlar bilməlidirlər ki, dünya cəngəllik, meşə qanunları ilə idarə olunmur


SOSİAL 20 sen 2021, 18:51
İranlılar çox nahaq yerə buranı tarixi əraziləri hesab edirlər. Bu ərazi həmişə müstəqil olub. İran Rusiyaya məğlub olana qədər burada müstəqil xanlıqlar olub.

Doğrudur, Səlcuqlardan, daha sonra Səfəvilərdən, Nadir Şahdan, Şah Abbasdan qalma müəyyən tabelik əlaqələr vardı, anca bu, birbaşa asılılıq deyildi. Eyni zamanda, adını çəkdiyim dövlət və hökmdarların İran qədər bizə də aidiyyatı var. Hətta Səlcuqlar, Səfəvilər, Nadir Şah, Qacarlar İrandan çox Azərbaycanın sələfləridir. Azərbaycan ərazisində hər zaman heç kəsdən asılı olmayan müstəqil dövlərlər, yaxud dövlət olub. Sadəcə, hər zaman və bütün dünyada olduğu ki, özündən güclü olanlarla hesablaşılıb. Azərbaycanın müstəqilliyi ən çox Rusiya imperiyası dövründə buralar quberniyalara çevriləndə zəifləyib.

Ancaq AXC-nin, daha sonra sovet hökümətinin qurulmasıyla daha etibarlı şəkildə bərpa olunub. 1991-ci ildə də bu müstəqillik möhkəmlənib, Azərbaycan Respublikası beynəlxalq hüququn subyektinə çevrilib, BMT-yə və digər nüfuzlu beynəlxalq qurumlara üzv olub.
Müstəqilliyimizin getdikcə möhkəmləndiyi, xalqımızın müstəqillik şüurunun getdikcə artdığı məqamda hansısa mollanın bizi hədələməsi, bizimlə təhdid dilində danışması absurddur. Məncə, qonşularımız hörmət görmək istəyirlərsə, özləri də bizə hörmətlə yanaşmalıdırlar. Özünü "şir" adlandıranlar bilməlidirlər ki, dünya cəngəllik, meşə qanunları ilə idarə olunmur. Azərbaycan müstəqil siyasət yürüdür və kim bizimlə əməkdaşlıq etmək istəyirsə, özünü etik aparmalı, beynəlxalq qanunlara və qonşuluq münasibətlərinə hörmətlə yanaşmalıdır.

Nadir Qocabəyli

Visiontv.az 



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top