Türkiyə və ABŞ rəsmiləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdi

XARİCİ SİYASƏT 18 sen 2021, 13:55
Sentyabrın 17-də Vaşinqtonda Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal ilə ABŞ dövlət katibinin köməkçisi Vendy Şerman və siyasi məsələlər üzrə müşavir Viktoria Nulandın başçılıq etdiyi nümayəndə heyətləri arasında siyasi məsləhətləşmələr aparılıb.

Demokrat.az xəbər verir ki, bununla bağlı Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə ikitərəfli əlaqələrə yanaşı, Suriya, Livya, Əfqanıstan, Aralıq dənizinin şərqi, Cənubi Qafqaz, Orta Asiya, Uzaq Şərq, Afrika ilə bağlı məsələlər də müzakirə edilib.

Sonda Türkiyə ilə ABŞ arasında siyasi məsləhətləşmələrin müntəzəm olaraq davam etdirilməsi ilə bağlı razılığa gəlinib.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top