Fars şovinistlərinin məqsədi haqqımızda işlətdikləri “uzunqulaq”, “tarakan” və sair təhqirlərə haqq qazandırtmaqdır


GÜNDƏM 16 sen 2021, 14:34
Sosial şəbəkədə İrandan Ermənistana, oradan da Qarabağın haylar, dönmüş albanlar və ermənilər(xristian qıpçaqlar) yaşayan hissəsinə yanacaq daşıyan bəzi azərbaycanlı sürücülərin videolarını yayıb onları tənqid və hətta təhqir edirlər.

O sürücülər mənən yazıq, yazıqdan yazıq adamlardılar. Onlara Qarabağa yanacaq daşıtdıranların məqsədi təkcə düşmənə kömək deyil, həm də fars şovinistlərinin haqqımızda işlətdikləri   “uzunqulaq”, “tarakan” və sair təhqirlərə haqq qazandırtmaqdır.

Çünki mənliyi, adamlığı, şərəfi  olan heç kim qardaşının qanını tökən, məscidlərini, məzarlıqlarını dağıdan, özlərini yurdlarınından didərgin salıb evlərinin altını üstünə çeviən düşmənə yardım etməz, yanacaq aparmaz!

Qarabağın bir hissəsi, Şərqi Zəngəzur işğal altında olarkən orada sökülən evlərin, məscidlərin materialları niyə əziz-xələf farslara, digərlərinə yox, məhz azərbaycanlılara satılırdı? Bizi parçalamaq, üz-üzə qoymaq və az öncə vurğuladığım kimi haqqımızda işlətdikləri təhqirlərin nə dərəcədə yerində olduğunu göstərmək üçün.

Varmı aramızda “uzunqulaq”, “tarakan”  damğasına haqq edənlər? Var. Amma o sürücülər tarakan deyil, mədəsiylə düşünən yazıq adamlardır. Tarakanlar isə ağlı, savadı olsa da, rejimə, fars şovinizminə canı dildən xidmət edən, düşmənlərimizə qucaq açan, dəstək göstərnlərdir.

İrandakı soydaşlarımız deyəndə mənim gözümün önünə rejim nökərləri, sözün hər anlamında o qərib, yazıq sürücülər yox, 44 günlük savaş zamanı Sulduzda ayağa qalxanlar, Ermənistana göndəriləni içi yük, həm də hərbi təyinatlı yük dolu tırların qabağını kəsənlər, düşmənin necə belini sındırdığımızı görüb  Arazın o tayında yallı gedənlər, sevinc göz yaşlarını saxlaya bilməyənlər, “Traxtor”un oyunları zamanı “Azərbaycan” hayqıranlar gəlir. Hay qıranlar gəlir! Ona görə də buraxın mədəsiylə düşünənlərin cavabını qoyun onlar versin. Əminəm ki, verəcəklər də.

Və sonda istərdim ki, bizim  o taydakı soydaşlarımız düşmənin işğal zamanı bu tayda söküb-dağıtdığı evlərimizdən, məscidlərimzdən, məktəblərimzdən göndərdiyi “ucuz” inşaat materiallarını alanlardan gedib maraqlansınlar. Soruşsunlar neçəsi bunun xeyrini gördü? Orada  buradakı azərbaycanlının dağıdılmış evinin materiallarıyla  tikilən evlərin neçəsində xoşbəxtlik var? Gördülərmi, varmı? Əsla ola bilməz! İnanmayanlar gedib yoxlasınlar.

Yeri gəlmişkən, sonda bir tarixi faktı da xatırladım.  Bizim soydan olsa da, türklüyünü heç vaxt hiss etməyən, nəsillikcə tam assimilyasiyaya uğrayan general-feldmarşal Kutuzovun bir gözü yox idi.  Onun sağ gözünə iki dəfə güllə dəymişdi. Və hər iki güllə ayrı-ayrı vaxtlarda Rusiya-Türkiyə savaşında dəymişdi. Çünki dəyməliydi.

Millət vəkili Sahib Alıyev
Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 okt 2021, 14:08
Top