Avropa İttifaqının xüsusi nümayəndəsi Azərbaycana gəldi

XARİCİ SİYASƏT 15 sen 2021, 16:44
Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycana gəlib.

Demokrat.az xəbər verir ki, diplomatın Bakıda bir sıra rəsmi şəxslərlə görüşləri zamanı Azərbaycanla Aİ arasındakı əməkdaşlıq və başlıca regional məsələlər, habelə təhlükəsizlik və humanitar vəziyyət müzakirə olunacaq. Səfər ayın 19-da başa çatacaq.

Qeyd edək ki, T.Klaar bundan əvvəl Ermənistana səfər edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top