Türkiyə millisinə almaniyalı məşqçi rəhbərlik edə bilər

İDMAN 14 sen 2021, 19:51
Almaniyalı futbol mütəxəssisi Ştefan Kuntz Türkiyə millisinin baş məşqçisi ola bilər.

Almaniyanın U-21 komandasını çalışdıran və bir müddət “Beşiktaş”ın forması geyinmiş təcrübəli almaniyalı məşqçi İstanbula səfər edib.

58 yaşlı Ş.Kuntzla bağlı son qərar bu gün Türkiyə Futbol Federasiyası tərəfindən veriləcək.

Türkiyənin ali futbol qurumunun Direktorlar Şurası vahid fikrə gələcəksə Ş.Kuntzla rəsmi müqavilə imzalanacaq.

Bundan əlavə qeyd olunur ki, əgər Kuntz Türkiyə millisinin sükanı arxasına keçəcəksə təcrübəli məşçinin köməkçilərindən biri türkiyəli olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top