Kərim Vəliyev Türkiyədə generallarla görüşdü


GÜNDƏM 13 sen 2021, 18:54
Türkiyə Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev sentyabrın 13-də Türkiyə Respublikasının Baş Qərargahının ikinci rəisi ordu generalı Selçuk Bayraktaroğlu və Xüsusi Təyinatlı Qüvvələr Komandanı diviziya generalı Ömer Ertuğrul Erbakan ilə görüşüb.
 
Müdfiə Nazirliyindən verilən məlumata görə, görüşlərdə Azərbaycan və Türkiyə arasında əlaqələrin inkişafı, həmçinin hərbi və digər sahələrdə əməkdaşlığın uğurla davam etməsindən danışılıb.
 
Son zamanlar iki qardaş ölkənin birgə təlimlərinin əhəmiyyəti xüsusi vurğulanaraq bu kimi təlimlərin təcrübə mübadiləsi, dostluq və qardaşlığın daha da gücləndirilməsi baxımından müstəsna rol oynayacağı bildirilib və gələcəkdə də birgə təlimlərin keçirilməsinin vacibliyi qeyd edilib. General-leytenant K.Vəliyev hazırda Bakıda keçirilən Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç Qardaş - 2021” birgə beynəlxalq təlimini hərbi qulluqçuların peşəkarlığının artırılması baxımından vacib hesab etdiyini bildirib.
 
Müdafiə sahəsində əməkdaşlığın genişlənməsinin sadəcə ölkələrimiz üçün deyil, eləcə də bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcəyindən əminlik ifadə edilib.
 
Sonra Türkiyə Respublikasının Xüsusi Təyinatlı Qüvvələr Komandanlığının ərazisi ilə tanışlıq keçirilib.
 
Sonda qarşılıqlı plaketlər təqdim olunub.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top