Tarif Şurası dərman vasitələrinin ekspertizasına dair tariflər müəyyənləşdirəcək

SOSİAL 10 sen 2021, 21:36
Nazirlər Kabineti “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edib.

“Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi farmakonəzarət sənədlərinin ekspertizasını həyata keçirir.

Qüvvədə ola Qaydaya əsasən, ekspertiza dərman vasitəsinin qeydiyyata alındıqdan sonra təqdim edilən farmakonəzarət sənədləri ilə bağlı keçirildikdə tərəflər arasında münasibətlər, o cümlədən aparılacaq ekspertizanın həcmi, müddəti, xidmətin dəyəri “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi ilə vəsiqə sahibi və ya təşkilat arasında bağlanılmış müqavilə ilə tənzimlənib.

Dəyişikliyə əsasən, artıq ekspertiza dərman vasitəsinin qeydiyyata alındıqdan sonra təqdim edilən farmakonəzarət sənədləri ilə bağlı keçirildikdə tərəflər arasında münasibətlər Qurum ilə vəsiqə sahibi və ya təşkilat arasında bağlanılmış müqavilə ilə tənzimlənir. Ekspertiza “Dərman vasitələri haqqında” qanuna uyğun olaraq

Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilmiş tariflər əsasında həyata keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top