Qazaxıstanlı nazirin başçılıq etdiyi nümayəndə heyəti Bakıdadır

XARİCİ SİYASƏT 09 sen 2021, 08:43
Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanovun başçılıq etdiyi nümayəndə heyəti Bakıda səfərdədir.

Demokrat.az xəbər verir ki, Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın 11 -ci iclasının keçirilməsi gözlənilir.

“Gündəlikdə ticarət - iqtisadi əməkdaşlığın praktiki olaraq bütün sahələrini əhatə edən məsələlər var. O cümlədən, iki ölkənin işgüzar dairələri arasında dialoq üçün bir platformanın yaradılması nəzərdə tutulur", - nazir bildirib.

İqtisadiyyat, müdafiə sənayesi, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirliklərinin rəhbərləri ilə ikitərəfli görüşlər də gözlənilir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top