Rəsul Quliyev: "Füzuli hava limanına uçuşların həyata keçirilməsi Prezidentin böyük uğurudur"

SOSİAL MEDİA 06 sen 2021, 19:21
"Füzuli beynəlxalq hava limanına Airbus 340 və Boing 747-400 təyyarələrinin test uçuşlarının həyata keçirilməsi (çox qısa bir zamanda, yəni 6-7 aya) ağlasığmaz bir hadisədir."

Bunu parlamentin eks spikeri, hazırda ABŞ-da yaşayan Rəsul Quliyev sosial media hesabında yazıb. Rəsul Quliyev Ermənistanın Rusiyaya rəğmən Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasının zəruri olduğunu bildirib.

"Ən əsası bu iki ən ağır təyyarənin uçuş zolağına düşməsi və qalxması bu hava limanına istənilən hərbi və sivil təyyarəsini qəbul edə bilərinə sübutdur. Bakıdan 35, Gəncə və ətrafından 25 dəqiqəyə Fizuli aeroportuna uça bilən təyyarələr gündə ən azı 40 tank müharibə zonasına daşıya bilər. Bir günə bir diviziya bütün sursat və texnikası ilə Qarabağın mərkəzinə çatdırıla bilər. Bu Hava limanının açılışı Azərbaycanın çox böyük uğurudur. Bu proyekti həyata keçirmiş Prezident başda olmaqla mütəxəssislər, fəhləyə qədər böyük şücaət göstəriblər, eşq olsun. Ermənistan rəhbərliyi onlar üçün çox qorxunc olan bu siqnalı da başa düşməsələr hadisələrin gələcək inkişafının məsuliyyətini öz üzərlərinə götürürlər. Rusiya Federasiyasının bu ölkəyə kömək etmək və Ermənistanı xilas etmək şansı sıfıra bərabərdir.

Rusiya Ermənistana görə Türkiyə və Azərbaycanın güclü orduları ilə vuruşmağa risk etməz, çünki məğlub olacaq. Təbii Aİ və ABŞ Türkiyə və Azərbaycanı dəstəkləyəcək. Ona görə Paşinyan Rusiyadan qorxmamalı və düzgün qərar qəbul etməlidir. Ermənistan bunu anlayır, ancaq görüşməyə can atmır. Əcaba nə üçün? Paşinyan və komandası bu görüşdə birinci olaraq qondarma “DQ” və ermənilərin statusunu müzkirə etməyi zəruri hesab edirlər. Çünki Rusiya və öz daxilində millətçilərdən qorxurlar. Rusiya Federasiyasının prezidenti keçmiş sovetdən qalmış Respublikaların (6-sından başqa) heç birinin onun icazəsi olmadan addım atmağına imkan verməyəcəyini artıq dəfələrlə elan edib. Ermənilər onuda bilirlər ki, Qarabağ məsələni qaldırsalar Prezident Əliyev danışıqları dayandıracaq. Onlar isə bu məsələni qaldırmamaqdan qorxurlar… Ancaq səhv edirlər. Ermənistan xalqını bu gün Qarabağ yox Azərbaycanla sülh və əmin amanlıqda yaşamaq maraqlandırır. Ermənistan tezliklə düzgün addımlar atmalıdır. Türkiyə və Azərbaycanla müqavilə imzalamalıdır", -deyə Quliyev qeyd edib. /Avropa.info

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top