Ali məktəblərin boş qalan yerlərinə ixtisas seçimi başladı


SOSİAL 06 sen 2021, 08:43
Bu gündən ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi başlayır.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ixtisas seçimi sentyabrın 6-dan 10-dək internet vasitəsilə aparılacaq.

Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top