Xankəndindəki ermənilər susuzluqdan batır: Ümidləri yağışa qalıb — VİDEO

REGİON 04 sen 2021, 20:11
Xankəndində artıq bir aya yaxındır davam edən su problemi həllini tapmayıb, əksinə, getdikcə pisləşir. 
 
Demokrat.az
xəbər verir ki, bu haqda Ermənistan mediasına açıqlamasında qondarma separatçı rejimin qanunsuz su təchizatı və kanalizasiya idarəsinin direktoru Qagik Pogosyan danışıb. 
 
O, su ehtiyatlarının olmamasının iki səbəbdən qaynaqlandığını bildirib:  guya su istifadəçilərinin sayının artması və yağışların azalması.
"Heç nə dəyişməyib, əksinə getdikcə pisləşir. Hazırda  şəhərin 30% -ə qədəri susuzdur. Bu saat saniyədə 152 litr su verilir. Halbuki, şəhərin hamısını normal şəkildə su ilə təmin etmək üçün saniyədə təxminən 295 litrə ehtiyacımız var. Yeganə ümidimiz yağışadır " –deyə separatçı məmur bildirib.

Separatçı-terrorçu xuntanın “dövlət naziri”sayılan Artak Beqlaryan isə son açıqlamasında Xankəndinin 40 faizinin susuz qaldığını etiraf edib.
 
İrəvan universitetinin coğrafiya və geologiya fakültəsinin dekanı, dosent Marat Qriqoryan isə Qarabağdakı ermənilərin su probleminin yeganə həll yolunun “ərazilərin qaytarılması”nda gördüyünü söyləyib...
 

Moderator.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top