Azərbaycanda neçə nəfər koronavirusa qarşı vaksin olunub?

SOSİAL 04 sen 2021, 18:53
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 78 604 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Demokrat.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41 604, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 000 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 174 292, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 329 571, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 844 726 təşkil edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top