Psixonevroloji mərkəzdə qeyri-adi şəlalə — VİDEO

SOSİAL 04 sen 2021, 15:13
Son zamanlar görüntüləri sosial mediada yayılan 1 saylı psixonevroloji sosial xidmətlər mərkəzinin həyətində yerləşdirilən kompozisiya Azərbaycanla yanaşı, digər ölkələrdən olan insanların da marağına səbəb olub.

Baku TV xəbər verir ki, əsərin eskizi illər öncə Lənkəranda yaşayan Vaqif İbadov adlı şəxs tərəfindən verilib. Lakin memar yataq xəstəsi olduğundan onunla müsahibə mümkün deyil. Bu kompozisiyanın ərsəyə gəlməsində əziyyəti keçənlər bildirir ki, ərsəyə gətirdiyi əsərin bu qədər marağa səbəb olacağını təxmin etməmişdilər. 

1 saylı psixonevroloji sosial xidmətlər mərkəzinin direktoru Adət İbrahimov bildirdi ki, Rusiyadan və digər ölkələrdən gələn turistlər psixonevroloji müəssisənin həyətində yerləşən və şəlalə kimi istifadəyə verilən bu kompozisiyanın fonunda şəkil çəkdirmək üçün onlara müraciət edirlər. Müəssisənin sakinləri də heykəlin ətrafında oturaraq mənəvi rahatlıq tapırlar. 

Kompozisiyanın hazırlanmasında məqsəd boş ərazini gözəlləşdirmək olub. Buna baxmayaraq o, yüzlərlə insanın marağını cəlb edib və sənət əsəri kimi qəbul olunub.

Ətraflı süjeti təqdim edirik:
 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top