“Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski əvvəlki çıxışlarında Azərbaycanla bağlı qərəzli fikirlər səsləndirdi. Dünən isə Türkiyə və bu dövlət başçsı Rəcəb Tayyib Ərdoğan barədə sərsəm açıqlamalar verib. Onun Azərbaycanla bağlı fikirlərinə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu mütləq şəkildə cavab verməli idi”.
Bu sözləri Demokrat.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib.
Politoloq Jirinovskinin Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə səfirin münasibət bildirməməsini tənqid edib:
“Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı Rusiya tərəfinə nota verib və onlardan bu sərsəm fikirlərin müəllifinə təsir göstərməyi tələb edibsə, Azərbaycanın Rusiyadakı fövqəladə səfiri məsələ ilə bağlı daha sərt və davamlı fikir bildirməli idi. Bunun üçün o, Rusiyanın müxtəlif elektron KİV-dən istifadə etməli idi. Jirinovski özünün zəhərini, Azərbaycan və Türkiyəyə, həmçinin bu iki dövlətin liderinə qarşı səfeh, siyasi mahiyyətdən uzaq fikirlərini Rusiyanın televiziya proqramlarında səsləndirib. O, bu vasitələrlə Rusiya əhalisinin beynini zəhərləməyə çalışır. Ona görə, Polad Bülbüloğlu da Jirinovskinin sayıqlamalarına tutarlı cavab verməli, bunun üçün də alternativ vasitələrdən istifadə etməli idi. Polad Bülbüloğlu Jirinovskinin idiot sərsəmləmələrini darmadağın edə biləcək, arqumentli fikirlər səsləndirə bilərdi, lakin o, susdu. Amma bu susqunluğun səbəbini deyə bilmərəm”.
O, səfirin hazırkı ideoloji mübarizədə yer almadığını və bununla öz fəaliyyətini dəyərdən saldığını vurğulayıb:
“İndiki dövrdə ideoloji mübarizədə, xüsusilə Azərbaycana qarşı ideoloji təxribatların artdığı bir zamanda heç kəs susmalı deyil. Biz özümüzü bu ölkənin vətəndaşı hesab ediriksə, bu dövlətin möhkəmlənməsini istəyiriksə, ermənilərə dəstək verən qüvvələrin, xüsusilə Rusiyanın müəyyən dairələrinin ölkəmizə qarşı ideoloji-siyasi təxribatlarının qarşısını almaq üçün hamı, ilk növbədə bu sahədə olan, sözünün kəsəri olan insanlar danışmalıdırlar. Azərbaycanın Rusiyadakı səfiri də məhz bu kateqoriyadan olan adamlardandır. O, nəinki bir dəfə, bir neçə dəfə elektron KİV-ə açıqlama verməli, Jirinovskinin mahiyyətsiz fikirlərini alt-üst etməli, qəzetlərdə, müxtəlif vasitələrdə Jirinovskinin fikrinə dair özünün əsaslandırılmış cavabını irəli sürməli idi. Səfirlər ölkənin ali siyasətinin mərkəzində dayanan fiqurlardır və onlar bu məsələdə yaxalarını kənara çəkə bilməzlər. Belə olduqda, səfir, vətəndaş kimi, ölkəsini düşünən şəxs kimi onun dəyəri itir və yoxa çıxır.
Səfir Jirinovski və onun kimiləri debata çağırıb cavab verməli idi. Təəssüb hissi onu boğurdusa, vicdanı təsir edirdisə, belə bir debatı təşkil etməli və onların irəli sürdükləri mənasız fikirləri alt-üst etməli idi. O, bunu bacara bilərdi, bacarmalı idi. Çünki bu, bilavasitə onun vəzifəsinə aiddir. Polad Bülbüloğlu torpaqlarımız azad edildikdən sonra Şuşada mahnı oxuyurdu, amma Rusiyadakı fəaliyyətində nəzərdə tutulan, görülməli işləri edə bilməyib. Ona qurulan imkanla o, KİV istiqamətində böyük işlər görə bilərdi. Hətta internet kanalı yarada bilərdi. Amma bütün bunların hamısı havada qaldı”.
Aygül Qarayeva
Demokrat.az