Türkiyədə amfibiya təyyarə qəzadan son anda xilas oldu — VİDEO

DÜNYA 03 avqust 2021, 19:46
Türkiyənin Muğla bölgəsində çıxan meşə yanğınlarını söndürmək üçün istifadə olunan amfibiya təyyarə dənizdə yaxta ilə toqquşmaqdan son anda xilas olub.

Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə yanğını söndürmək üçün dənizə enən təyyarənin yaxta ilə toqquşmadan son anda xilas olduğu görülür. Yerli idarəetmə orqanları tərəfindən dəfələrlə sakinlərə dənizə çıxmamaları ilə bağlı xəbərdarlığa qulaq asmayan yaxtadakı şəxslər isə qorxulu anlar yaşayıb.


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top