“Fikir verməyin, ... karvan keçər”


SİYASƏT 01 avq 2021, 22:44
Azərbaycanın Ermənistan üzərindəki tarixi qələbəsi, 30 illik işğalçı siyasətinə öz gücü ilə son qoyması həm düşmənimizi, həm də havadarlarını hələ də yandırıb- yaxır. Dünyanın supergücə malik dövlətlərinin, o cümlədən mötəbər beynəlxalq təşkiatların 30 il ərzində  nizamlaya bilmədikləri münaqişəni Azərbyacanın 44 gün ərzində yoluna qoyması və işğalçı Ermənistana diz çökdürməsi, nədənsə,  bəzi “əldəqayırma siyasətçilər” tərəfindən həz oluna bilmir. Daim  pusquda  dayanıb müxtəlif  hədiyyələr hesabına “danışdırılan”, vintli kuklalar kimi, lazım gələndə doldurulub ortaya atılan  belə riyakar  siyasətçilərin bir adı var: təlxək. 

Rusiya  Federasiyası  Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının sədi Vladimir Jirinovski belə buqələmundur. Əslində, bu adamı buqələmunla müqayisə etməyə də adamn dili gəlmir. Çünki buqələmən Vladimir Jirinovskidən daha etibarlıdır. Bir hadisəni xatırlatmaq istərdim. Bir neçə il bundan əvvəl  həm öz ölkəsində, həm də  Rusiyadan kənarda “riyakar siyasətçi “ kimi tanınan partiya sədri  Vladimir Jirinovski Azərbaycana gəlmişdi və bir həftəyə yaxın Cənub bölgəsində istirahət etdi də. O, həmin müddət ərzində ölkəmizdəki daxili vəziyyətlə tanış oldu, Prezident- xalq vəhdətinin şahidi oldu. Gördü ki, xalq Prezidentin ətrafında  necə sıx birləşib. Onun da şahidi oldu ki, Azərbaycan demokratik prinsiplərə üstünlük verən, insan hüquq və azadlıqlarının müdafiəsinə öz töhfəsini verən, müstəqil siyasət yeridən dövlətdir. Hətta Rusiyaya qayıtdıqdan sonra düz bir ay həm öz ölkəsinin, həm də xarici kütləvi informasiya vasitələrinin nümayəndələrinə  respublikamız və onun  rəhbəri haqqında bol-bol xoş sözlər dedi. Əslində, belələrinin ölkəmiz haqqındakı təriflərinə ehtiyac da yoxdur. Ancaq o, Azərbaycanda şahidi olduqlarını olduğu kimi danışmışdı.
V. Jirinovski “Komsomolskaya Pravda” nın  “radiokp.ru” internet radiosuna müsahibəsində  rus ordusunun  Ermənistan – Azərbaycan sərhədinə yerləşdirilməsindən danışıb. Onun  Azərbaycan dövlətçiliyi və rəhbərliyin ünvanına səsləndirdiyi  təhqiramiz fikirlər bu adamın hansı sifətlərə malik olmasından xəbər verir. Görünür, Ermənistanın yalı  artıq olub. Jirinovskini danışdıran da elə bu yal olub. Onsuz da Azərbaycanın işğalçı ölkə üzərindəki tarixi qələbəsi çoxlarının iç üzünü ortaya qoyub.  Jirinovski  kimi buqələmun siyasətçiləri istənilən səmtə əymək  bir o qədər də çətin deyil. Bundan ötrü onun yalını bir neçə dəfə artırmaq lazımdır.  

Rusiya Federasiyası Dövlət Dumasının deputatının qeyri- etik davranışı, partiya sədrindən çox, spirtli içki aludəçisinin söylədiklərinə daha çox yaxındır. Ona öz ölkəsində də əhəmiyyət verilməməsi bu adamın qeyri- ciddi şəxs kimi qəbul edilməsindən xəbər verir. Axı, son illər Rusiya – Azərbaycan münasibətləri getdikcə yüksələn xətt üzrə inkişaf edir. Təbii ki, iki ölkə arasında olan dostluq və starteji tərəfdaşlıq münasibətlərini həzm edə bilməyənlər də var. Ötən  il noyabrın 10- da Ermənistanın kapitulyasiya aktını imzalayanlardan biri, yəni işğalçı ölkənin rəsmən təslim olmasına şahidlik edən dövlətlərdən biri də Rusiya Federasiyasıdır və  həmin sənədi  imzalayanlardan biri  də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla bərabər Rusiya   Federasiyasın Prezidenti Vladimir Putindir. Hesab edirəm ki, Azərbaycan – Rusiya münasibətlərinə xələl gətirmək üçün  başqa yol tapa bilmədilər və Jirinovski kimi kloundan istifadə ediblər. Ancaq xəbis niyyətləri bu dəfə də ürəklərində qalacaq. Əslində, bu ideyanın sahibləri elə Jirinovski kimi buqələmunlardır. Çünki belə bir riyakarın dediklərini özündən başqa eşidən və inanan yoxdur.  Bunun əsas səbəblərindən biri Vladimir Jirinovskinin həm öz ölkəsində, həm də kənarda qeyri – ciddi şəxs kimi tanınmasıdır. Onun belə çıxışlarını eşidənlər “fikir verməyin ... karvan keçər” məsələni xatırladır.

Əslində, Vladimir Jirinovskinin bu sayıqlamaları ölkəmizə, onun müstəqilliyinə, suverenliyinə qarşı təhdidr.  Radikal müxlifətin  ölkəmizə qarşı bu təhdidlərə biganə qalması məni çox təəssüfləndirir.  Onların bu susqunluğu düşmən dəyirmanına su tökmək deməkdir. Görünür, hələ də dərk etmək istəmirlər ki, Vətən və dövlət  hər şeydən ucadır. 

Fikrimcə, Jirinovskinin dediklərini ciddiyə almağın heç bir əhəmiyyəti yoxdur. Çünki sabah yenə də onu kiçik bir hədiyyə  ilə ələ alacaq və  ortalığa atıb kloun kimi oynadacaqlar. Belə oyunbazlar  Rusiyanın  yaxın dostu, etibarlı strateji tərfdaşı və nümunəvi qonşusu olan Azərbaycanla münasibətlərə heç bir xələl gətirə bilməz. Xatırlayırsınızsa, Jirinovski zaman- zaman ermənipərəstliyini gizlətməyib. O, öz ölkəsinin milli maraqlarına zərbə vuran açıqlamaları  ilə “ziyanverici həşərat”  adını qazanıb. Ona görə də gəlin, onun söylədiyi cəfəngiyyatlara fikir verməyək. Necə deyərlər, “ ... karvan keçər”. 

Çingiz Qənizadə, 
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top