“Euronews” telekanalında Azərbaycan muğamı barədə süjet yayımlanıb — VİDEO

MƏDƏNİYYƏT 01 avq 2021, 20:47
“Euronews” telekanalı Azərbaycan muğamından bəhs edən süjet hazırlayıb.

Süjetdə bu qədim musiqinin hər bir azərbaycanlının qəlbində özünəməxsus yerə sahib olduğu bildirilir.

Süjetin qəhrəmanlarından biri, muğam ifaçısı Namiq Aslanov muğamın not üzrə deyil, ağızdan ağıza ötürülərək ifa edildiyini, bu səbəbdən improvizasiyalarla zəngin olduğunu qeyd edir.

Həmçinin, videomaterialda Zahid Vələdovun timsalında ağacoyma sənətkarları tərəfindən tarın hazırlanması haqqında da izləyicilərə məlumat verilir. Bu qədim musiqi alətinin istehsalı və ifaçılığının YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salındığı vurğulanır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top