Bu il Azərbaycanda 20,3 mlrd kubmetr qaz hasil edilib

SƏNAYE VƏ ENERGETİKA 31 iyl 2021, 21:56
Bu ilin 6 ayı ərzində Azərbaycanda 20,3 mlrd kubmetr qaz hasil edilib.

Bu barədə Demokrat.az Energetika Nazirliyinin bu ilin yanvar-iyun ayları üzrə ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.

Məlumata görə, qazın 6,4 mlrd kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan, 10 mlrd kubmetri “Şahdəniz”dən əldə edilib.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə bu dövrdə 3,9 mlrd kubmetr qaz hasil olunub.

Ötən ilin müvafiq dövrünə nisbətən 5,1 %, yəni 990 milyon kubmetr artımla qaz hasil edilib.

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top