Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxladı


MALİYYƏ 30 iyl 2021, 12:24
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 6,25% səviyyəsində saxlanılması barədə qərar qəbul edib.

Demokrat.az
xəbər verir ki, bu barədə qurumun sədri Elman Rüstəmov onlayn keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, faiz dəhlizinin aşağı həddi 6,75%, yuxarı həddi isə 5,75% səviyyəsində saxlanılıb.

AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı sentyabrın 17-də ictimaiyyətə açıqlanacaq.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top