Onları qorumaq üçün hamı peyvənd olunmalıdır

GÜNDƏM 30 iyl 2021, 10:01
Karonavirus yayılan vaxtdan Azərbaycanda qabaqlayıcı tədbirlər başlandı. İdarə-müəssisələr, məktəblər, içtimai nəqliyyat, parklar, yollar, səkkilər və s. xüsusi məhlulla dezinfeksiya edildi. Məktəblilərin sağlamlığı üçün təhsil ocaqları bağlandı. Gündəlik sərnişindaşımalarla yanaşı tibbi personalın və digər şəxslərin daşınması üçün əlavə avtobuslar xəttə buraxıldı. Bir çox məhdudiyyətlər qoyuldu. Bu məhdudiyyətlər yalnız xalqımızın sağlamlığına yönəlmişdi. 

Azərbaycanda pandemiyaya qarşı mübarizə planlı şəkildə aparılır. Respublikamızın Dövlət Başçısı vətəndaşların şağlamlığını hər şeydən üstün tutur. Odur ki, COVİD-19 xəstəliyi başlayan andan dövlət öz vətəndaşlarının qeydinə qalmağa başladı. İlk andan mühüm addımlar atıldı.

Prezident İlham Əliyevin göstərişi əsasında  Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar  tarixdə  Azərbaycan Respublikasında yeni karonavirus xəstəliyinin yayılmasının qarşısını almaq üçün “Fəalliyyət planı” təsdiq edildi. Həmçinin Karonavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Fondun məqsədi karonavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir. Bu Fonda xalqımızın sağlamlığı üçün könüllü olaraq fiziki və hüquqi şəxslər ödəmələr, ianələr edirlər.

Hazırda Azərbaycanda 20-dən çox laboratoriya fəaliyyət göstərir. Ölkənin 20-dən artıq ən səviyyəli xəstəxanaları karonavirusa tutulmuş xəstələr üçün ayrılıb. Bir çox inkişaf etmiş ölkələrdə belə karonavirus xəstələri evlərdə və yaxud adi xəstəxanalarda müalicə alırlar. Respublikamızda isə bu xəstələrə xüsusi diqqət yetirilir. Xəstələr ixtisaslı həkimlər tərəfindən xüsusi ayrılmış xəstəxanalarda, tibb müəssisələrində müalicə götürürlər.

COVİD–19 xəstəliyinə tutulmuş və müalicə götürmüş insanlara  “İmmunitet sertifikatı” verilir. Lakin bir vaxt koronavirus keçirmiş - bu infeksiyaya tutulub, müalicə olunmuş insanlar 6 aydan sonra yenə müayinə olunaraq vaksin vurdurmalıdırlar. Belə ki, elmi tədqiqatlar göstərir ki, bu xəstəliyi keçirmiş şəxslərin qanında 6 aydan sonra anticisimlərin titri aşağı düşür. Bu səbəbdən “İmmunitet sertifikatı” nın etibarlılıq müddəti 6 ay qəbul edilir.

Azərbaycanda COVİD-19 xəstəliyinə qarşı tətbiq olunan vaksinlərin hər hansı birinin iki dozasını vurdurmuş şəxslərə “ Peyvənd sertifikatı” verilir.

Koronavirus əleyhinə vaksin vurdurmaq üçün “randevu.its.az” saytına daxil olaraq “COVİD–19 vaksin randevu” elektron xidmətindən istifadə edərək növbə tuta bilər.

Hal-hazırda Azərbaycanda 4 istehsalçının - AstraZeneca Vaxzevria (İngiltərə), Biontech Pfizer (Almaniya ABŞ), Sputnik V (Rusiya) vaksinləri tədbiq olunur və hər kəs öz seçiminə, istəyinə görə hər hansı vaksindən istəsə vurdura bilər.

Hazırda dünyada COVİD-19 üzrə “ Peyvənd sertifikatı” müddətsizdir. Lakin bu barədə elmi tədqiqat işləri davam edir. 

2-ci dozadan 6 ay sonra peyvənd olunan şəxs  Azərbaycanda istifadəsinə icazə verilmiş vaksinin 2 dozasını vurdura bilər. “Peyvənd sertifikatı” nda son iki doza haqqında məlumat qeyd olunacaq.

2-ci dozadan 6 ay sonra yüksək risk qrupuna daxil olanlara (tibb işçiləri, yaşı 60-dan yuxari olan şəxslər, autoimmun xəstəlikləri olan şəxslər) 3-cü doza (buster qüvvətləndirici) vaksin vurulması məsləhət bilinir.

Yaşı 18-ə çatmamış uşaq və yeniyetmələri, hamilə qadınları, süd verən anaları qorumaq üçün hamı peyvənd olunmalıdır.

Şəhla Ağbulud
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top