Əsgəri ilə birlikdə şəhid olan baş leytenant Murad İbadov — VİDEO

QARABAĞ 29 iyl 2021, 14:47
Baş leytenant Murad İbadov vətən dardadı deyə məzuniyyəti başa vurmadan döyüşə qatılıb və əsgəri ilə birlikdə şəhid olub.

Düşmənə bir çox zərəbələr yetirən qəhrəmanımız 1993-cü ildə Qobustanda anadan olub.

Orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. 2016-cı ildə məktəbi bitirdikdən sonra N saylı hərbi hissədə xidmətə başlayıb.

Şəhidin atası Yusif İbadovun sözlərinə görə, Muradın uşaqlığdan hərbiyə marağı olub.

Anası Gülcahan İbadova:

“Ailənin tək oğul övladı olduğu üçün başqa peşə seçməsini istəsəkdə Murad hərbini və vətənini çox sevirdi” - deyə bildirib.

Daha ətraflı Baku TV-nin süjetində:
 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top