Rəsul Quliyevin adamı sakinlərin evlərini əllərindən almaq istəyir — Ölkə rəhbərliyinə MÜRACİƏT (FOTOLAR)

SOSİAL 28 iyl 2021, 15:59
Bakı şəhər sakinləri olan Əminağa və Həmidağa Camalov qardaşları hazırda ABŞ-da yaşayan Milli Məclisin sabiq sədri Rəsul Quliyev tərəfindən təhdid edildiklərini bildiriblər. 

Bununla bağlı Camalov qardaşları Demokrat.az-a şikayət müraciəti göndəriblər. 

Müraciətdə qeyd olunur:

“Hazırda Amerika Birləşmiş Ştatlarında yaşayan 4 nəfər ailə üzvü ABŞ vətəndaşı olan sabiq spiker Rəsul Quliyevə yaxınlığı ilə tanınan Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu bizim ailəmizin mülkiyyətində olan torpaq sahəsinin ona məxsus olduğuna dair iddia qaldırıb.Bizim həmin ünvana qeydiyyat vəsiqəmiz var.                                  

Daha doğrusu Ağasif Şakiroğlu bildirib ki, Bakının Bilgəh qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi guya Rəsul Quliyevə məxsusdur. Vətən xaini Rəsul Quliyevin bu ərazini A.Şakiroğluna bağışladığı iddia olunur. Gənc partiya sədri  bizim ailədən ərazini boşaltmasını və içərisində  8 ədəd ev olan torpaq sahəsini ona verməsini tələb edib. Rəsul Quliyevə yaxın adamlar zaman-zaman torpaq məsələsini qaldırırlar, amma heç nə əldə edə bilmirlər”. 

Problem haradan qaynaqlanması məsələsinə toxunan Camalov qardaşları qeyd edir ki, sözügedən ərazi 100 ildən çoxdur ki, onların ailəsinə aiddir:

“Bizim ailə 40 ilə yaxındır o bağda yaşayır. 1995-ci ildə Bakı şəhərinin keçmiş meri Rafael Allahverdiyevlə Prezident Administrasiyasının İşlər İdarəsinin müdiri Akif Muradverdiyev arasında mübahisə olmuşdu. O zaman Rafael Allahverdiyev Prezidentə yanlış məlumat vermişdi ki, guya mənim bağımda evlər yoxdur. Akif Muradverdiyev isə demişdi ki, orada bizim ailənin irili-xırdalı 8 ədəd evi var. O evlər indi də durur. Burada müxtəlif şəxslərin adına 30 kvadrat metrlik də ev var, 200 kvadrat metrlik də. Mərhum prezident bu mübahisəni aydınlaşdırmaq qərarına gəlmişdi. Heydər Əliyevin yaxınlıqda bağı vardı. Yay ayları idi, biz  bağda idik. Bir də gördük ki, Heydər Əliyev ətrafındakı insanlarla birlikdə bağa gəldi. Aləm dəydi bir-birinə. Biz  kənara çəkildik ki, çox da gözə girməyək. Gəldilər bağa baxdılar və getdilər. 

Fatma Abdullazadə, Akif Muradverdiyev və yaxınlıqda yaşayan Qəhrəman və Qərib kişi bu hadisənin canlı şahidləridirlər. Sonra akademik Cəlal Əliyev bizə dedi ki, Heydər Əliyev bu bağı sizin ailəyə bağışlayıb. Bu hadisə 1995-ci ildə olub. İndi 26 ildən sonra Ağasif adlı cavan oğlan gəlib deyir ki, bu torpaqlar vətən xaini Rəsul Quliyevindir və torpaqları ona bağışlayıb. Vətən xaini Rəsul Quliyevə 60 sot torpaq sahəsi verilmişdi.  
 
Həmin ərazini Bakının keçmiş meri Rafael Allahverdiyev Rusiya səfirliyinə verib. Xəritə, order var. Bizim 12 qohumun da adına olan torpaq sahələri səfirliyə verilib. İndi biz səfirliyə deyə bilmərik ki, torpaqları bizə qaytar”.    

Şikayətçilərin sözlərinə görə, Sabunçu rayonu məhkəmə qərarları icraçıları Rəsul Quliyevin yaxınlarına tərəf dayanır, onların dediklərinə əməl edir: 

“Bizimlə danışanda deyirlər ki, bu yuxarıdan göstərişdir. Soruşuram ki, göstəriş verən kimdir? Adı, soyadı necədir? Bəlkə bunların “yuxarı” dedikləri elə Rəsul Quliyevin özüdür, ABŞ-dan göstəriş verir. Onu da bildirim ki, bağ evinin vərəsələri məsələnin araşdırılması üçün Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərova, Daxili İşlər Naziri Vilayət Eyvazova, Ədliyyə Naziri Fikrət Məmmədova müraciət etmişik. Xahiş etmişik ki, məsələ ilə bağlı Dövlət Əmlak Komitəsindən mütəxəssis təyin edilsin və iddia olunan torpaq sahəsinin yeri, hüdudları müəyyənləşsin. Mən də öz növbəmdə məsələ ilə bağlı iki məhkəmə iddiası qaldırmışam. İşin biri Sabunçu rayon Məhkəməsinin hakimi Nilufər xanımın icraatındadır. O biri işlə isə vəkilim məşğul olur. Bizim Məhkəmə icraçıları qarşısında onlara veriləcək suallarımız var: Əmlak Komitəsindən mütəxəssis təyin edilsin. Aktda qeyd olunan kimi, mütəxəssisi torpaq sahəsinin hansı əraziyə düşdüyünü bizə göstərsin.
 
Necə olur ki, 2011-ci ildə bunlar çıxarış əldə edə biliblər? Sonra həmin çıxarışlar ləğv edilib. Axı Məhkəmə icracıları orderlərə əsasən danışır". 

Bakı sakinləri ölkə rəhbərliyinə müraciət ediblər:

"Xahiş edirik ki, məsələnin qanuni yolla həllinin yerinə yetirilməsində bizim ailəyə köməklik göstərəsiniz. Heydər Əliyevin bizim ailəyə bəxş etdiyi torpaq sahəsi ailəmiz üçün hər şeydən artıqdır və əzizdir. Xahiş edirəm, bizim zəbt olunmuş ev və bağımıza gedib gəlməyimizi qanunla Polis işçilərinin mənim bağımdan çıxarılmasını və mənə dəymiş maddi mənəvi borcunu ödəməkdən ötrü Cavabdeh Ağasif  İbrahimovdan qanuni yolla tələb edəsiniz. Faktiki olaraq bu şəxs dövlət qurumunda olan adamların adından istifadə edir. Bizə məxsus olan ailənin qaz, işıq, su sayğaclarından istifadə edir. Bağ evləri mənim rəhmətlik anama məxsusdur. Başqa vərəsələr də var. Onlar da şikayət edirlər. Xahiş edirəm məsələnin qanuni yolla qanunla həll olunmasında bizə köməklik göstərəsiniz. Hansı sənədləri məhkəməyə təqdim edib ki, nəyə əsasən iddia edir ki, bağ sahəsi ona məxsusdur. Vətən xaini Rəsul Quliyev əgər cinayətkar deyilsə qoy özü gəlib cavab versin.

Əmlak Komitəsi mütəxəssis göndərmir ki, adı çəkilən şəxslərin heç bir torpaq sahəsi yoxdur. Vətən xaini Rəsul Quliyevə polis tərəfindən dəstək göstərilir. Əmlak Komitəsindən Sabunçu rayonu üzrə  mütəxəssisi Fizuli Hüseynov və Daşqın Həsənəliyev ilə birgə gizli şəkildə gəlib birlikdə baxış keçirdilər. Bu zaman Hacı Qalib və bələdiyyənin müavini Fazil Rüstəmov orda idilər. Yalandan Hacı Qalibin adından Akt yazıblar ki, güya o könüllü surətdə bağımızı onlara bağışlayıb. Yalandan 2018-ci ildə məhkəmə keçiriblər və hakim Mehriban Qarayeva qeyri-qanuni məhkəmə qərarı çıxardıb.

Xahiş edirik qanuni surətdə bizə məsələnin həllində köməklik göstərəsiniz və nəzarət edəsiniz. Vətən xaini Rəsul Quliyevə Polis tərəfindən, Məhkəmə icraçıları tərəfindən müdafiə olunğunu və dövlət başçısını bu işlərdə aldatdıqlarının canlı şahidiyik. Xahiş edirik bizim qeydiyyatda olduğumuz 8 evə gedib gəlməkdən ötrü, evlərimizin bizə qaytarmaqdan ötrü ölçü götürəsiniz. Mənim 75 yaşım var. Hər yerdə bizə işarə edirlər ki, bu məsələ yuxarıların göstərişidir və arxasında dayanan şəxs kimi Rəsul Quliyevin adı çəkilir.

Rəsul Quliyevin əllərində olan çıxarışlar ləğv olunmuşdur. Həmin çıxarışlar orderlərə əsasən verilmiş idi. Çıxarışların və orderlərin ləğv edilməsi barədə sənədləri istənilən vaxt təqdim edə bilərəm. Vətən xaini Rəsul Quliyevin adamlarının hər yerə əli çatır. Xahiş edirəm məsələnin qanuni yolla həll olunmasında bizə köməklik göstərəsiniz".  













Zaur
Demokrat.az      
                                                                                                                    
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top