Səməd Səmədovun dəfn olunacağı yer bilindi

ŞOU-BİZNES 25 iyl 2021, 15:12
Ötən gün dünyasını dəyişən Xalq artisti Səməd Səmədov bu gün dəfn olunacaq.

Demokrat.az axşam.az-a istinadən bildirir ki, sənətçi ilə vida mərasimi keçirilməyəcək. Günorta saatlarında mərhumun nəşi ailəsinə təhvil veriləcək.

S.Səmədov Yasamal qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, 74 yaşlı müğənni koronavirus infeksiyasına yoluxub. İki gün əvvəl halı pisləşən sənətçi xəstəxanaya yerləşdirilib. Həkimlər müalicə etsələr də S.Səmədovu xilas etmək mümkün olmayıb. Onda böyrək çatışmazlığı yaranıb, Covid-19 ağırlaşmalarından olan sepsis və septik şok inkişaf edib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top