Rus sülhməramlılarından ŞOK AÇIQLAMA: “Sərhəddəki təxribatı Ermənistan hökuməti yaradır”

QARABAĞ 24 iyl 2021, 12:37
“Nikol Paşinyan xarici siyasət kursunu dəyişdirir”.

Demokrat.az xəbər verir ki, belə bir iddia ilə Ermənistanın Hraparak qəzeti çıxış edib. Qəzetin yazdığına görə, hökumətdəki son kadr dəyişiklikləri bunu deməyə əsas verir. Qəzetin iddiasına görə, Paşinyan əsasən anti-Rusiya mövqeyi ilə seçilən şəxsləri vəzifəyə təyin edir:

“Nikol Rusiyapərəst şəxsləri, məsələn Vaqarşak Arutyunyan kimilərini işdən çıxarır və əvəzində isə Qərb mərkəzləri, xüsusən də düşmən dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən şəxsləri vəzifəyə gətirir.

Qəzet yazır ki, Paşinyanın bu addımları ölkə rəsmilərinin, eləcə də rusiyalı sülhməramlıların diqqətindən yayınmır. Zəngəzurda olan ermənilərlə söhbət zamanı da sülhməramlılar bundan narahatlıqlarını ifadə edirlər. Hətta Ermənistan-Azərbaycan sərhədindəki gərginlikdə Ermənistan hakimiyyətinin günahkar olduğunu bildirirlər. Bu isə Qərb qoşunlarını Ermənistana yerləşdirmək məqsədilə edilir.

“Fransanın Ermənistandakı səfirinin rəsmi irəvanın təhlükəsizliyi ilə bağlı məsələləri müzakirəyə çıxaracaqlarını elan etməsi təsadüfi deyil. Söhbət Minsk Qrupuna üzv ölkələrin qoşunlarının Ermənistana yerləşdirilməsindən gedir” – deyə qəzet bildirib.(konkret.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top