MEDİA fərdi jurnalist müsabiqəsinin qaliblərini açıqladı — VİDEO

MEDİA 22 iyl 2021, 20:12
Medianın İnkişafı Agentliyi tərəfindən elan olunmuş fərdi jurnalist müsabiqəsinin qalibləri müəyyənləşib.

Demokrat.az
-ın xəbərinə görə, çap mediası və onlayn media subyektlərində işləyən jurnalist müsabiqə elan olunan günədək son 3 ay ərzində dərc edilmiş yazısını aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edib:

- ən yaxşı reportaj;

-ən yaxşı ictimai-siyasi təhlil;

- ən yaxşı sosial-iqtisadi təhlil;

- ən yaxşı müsahibə;

- ən yaxşı mədəniyyət materialı;

- ən yaxşı idman reportajı və ya təhlili;

- ən yaxşı bədii publisistika;

- ən yaxşı köşə yazısı;

- ən yaxşı jurnalist araşdırması;

- ən yaxşı oçerk

Audiovizual media subyektində işləyən jurnalist müsabiqə elan olunan günədək son 3 ay ərzində yayımlanmış və həcmi (xronometrajı) ən çoxu 5 (beş) dəqiqə olan süjetini aşağıdakı nominasiyalardan yalnız biri üzrə təqdim edib:

- ən yaxşı ictimai-siyasi reportaj;

- ən yaxşı iqtisadi reportaj;

- ən yaxşı sosial reportaj;

- ən yaxşı mədəniyyət reportajı;

- ən yaxşı idman reportajı

Qaliblərin adını aşağıdakı videodan izləyə bilərsiniz:
 

Əli Hüseynzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top