Ukrayna səfirindən Azərbaycan dilində ailəvi bayram təbriki — VİDEO

GÜNDƏM 19 iyl 2021, 14:47
Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan və bütün dünyadakı müsəlmanlarını təbrik edib.

Demokrat.az xəbər verir ki, səfirin “Twitter” səhifəsindən paylaşılan müraciətdə qeyd olunur:

“Müqəddəs “Eid əl Ədha” bayramı münasibətilə qardaş Azərbaycan xalqına ən isti arzularımızı yetiririk. Qoy bu bayram ailələrinizə mehribanlıq və məhəbbət gətirsin, evlərinizdə əmin-amanlığı daim etsin”.

Səfirliyin yaydığı videgörüntülərdə isə səfir, xanımı və oğlu bayram münasibətilə Azərbaycan dilində təbriklərini çatdırıb.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top