İranda su qıtlığına görə etiraz aksiyası keçirildi — Ölən var

DÜNYA 17 iyl 2021, 18:41
İranın Xuzistan əyalətindəki quraqlıq səbəbindən yaranan susuzluğa görə keçirilən etiraz aksiyaları nəticəsində bir nəfər ölüb.

“Report” İRNA-ya istinadən xəbər verir ki, bu barədə Xuzistan əyaləti valisinin səlahiyyətlərini icra edən Ümid Səbripur bildirib.

Onun sözlərinə görə, nümayişi dağıtmaq üçün açılan atəş təsadüfən həmin şəxsə dəyərək öldürüb.

Müşahidəçilər bildiriblər ki, etiraz aksiyası dağıdılan zaman döyüş gülləsindən istifadə edilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top