Dilqəm Əsgərovun Şuşa həbsxanasında gizlətdiyi məktublar — VİDEO

QARABAĞ 16 iyl 2021, 19:09
2014-cü ilin iyul ayında Kəlbəcərdə öz ata-baba yurdunu ziyarət etmək istəyərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən və ömürlük həbsə məhkum edilən Dilqəm Əsgərovun Şuşa həbsxanasında gizlətdiyi əlyazmaları üzə çıxıb.
 
Dilqəm Əsgərov deyir ki, həmin kağızlarda əsir götürüldüyü gündən başlarına gətirilənləri, baş verən hadisələri yazıb. Əsirlikdə həddən artıq zəifləyən, sağlamlığında ciddi problemlər yaranan Dilqəm Əsgərovun sağ qalacağına ümidi olmasa da, inanıb ki, Azərbaycan ordusu mütləq Qarabağı, Şuşanı işğaldan azad edəcək və həmin kağızlar tapılacaq.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top