Azərbaycanın bütövlüyünü bərpa etdik!


SİYASƏT 15 iyl 2021, 23:20
Bəşəriyyətin keşməkeşli tarixi mərhələlərindən bizə məlumdur ki, haqq-ədalət yolu ilə möhkəmlənən dövləti heç bir qüvvə sarsılda bilməyib. Hamılıqla Cənab Prezidentin ərafında sıx birləşib tarixi torpaqlarımızı bərpa etdik və ölkəmizin daha da güclənməsini təmin etdik. Bu haqq yolunda birliyimizin nümayişi hər birimizin vətəndaşlıq borcu və milli-mənəvi dəyərlərimizə sadiqliyimizin nümayişidir. 

Biz bir xalq olaraq hansı gücə malik olduğumuzu bütün dünyaya 44 günlük Vətən müharibəsində bəyan etdik. Gələcək illərdə də bu birliyimiz bərk və əbədi olmalıdır ki, hər zaman Azərbaycan dünyada güclü dövlətlər sırasında haqlı mövqeyində sarsılmasın. Həyatı dərk edən hər bir azərbaycanlı bunu yaxşı dərk edir ki, ölkə başçısının Azərbaycanın inkişafı və xalqımızın rifahı naminə atdığı hər addım, imzaladığı hər bir sərəncam bizi inkişafa, tərəqqiyə aparır. 30 ilə yaxın bir zamanda Azərbaycan məcburi köçkünlərə sığınacaqlar, həyat şəraitini yaxşılaşdırmaqdan ötürü qaçqın qəsəbələri salırdısa bu gün artıq azad olunan torpaqlarımızın bərpasını düşünürük. Biz artıq düşmənin mənfur, amansız , qəddar olduğunu dünyaya sübut etmişik, qısa bir zamanda da dağıdılmış torpaqları bərpa edib gücümüzü hər kəsə sübut edəcəyik. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi: “İndi isə bizim üçün yeni dövr başlayır. Mənfur düşmən işğal etmiş bütün torpaqlarımızı yerlə-yeksan edib. Bütün binalar, bütün tarixi abidələr, məsçidlər, qəbirlər, məzarlıqlar mənfur düşmən tərəfindən dağıdılıb. Biz onların hamısını bərpa  edəcəyik”. 

Bəli, biz Azərbaycanın qüdrətini hər zaman dünyaya sübut etmişik, indi də edirik. Dinindən, dilindən asılı olmayaraq biz hər bir millətə qarşı hümanizim mövqeyində olmuşuq, multikulturalizim ənənlərinə sadiq qalmışıq. Düşmən bizim tarixi abidələrimizə, milli dəyərlərimizə qəddarcasına zərər verdiyi halda biz düşmənin bizdə olan dəyərlərinə sahib çıxıb qorumuşuq. Bu bir daha Azərbaycan xalqının humanistliyini, sülhsevərliyini sübut edir.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş demokratik və sarsılmaz Azərbaycan istər regionda, istərsə də dünya dövlətləri arasında hər zaman uğurlu inkişaf strategiyası, mükəmməl siyasi xətti və lider  ölkə başçısı ilə öndə olacaqdır. Dövlətini sevən hər bir azərbaycanlı kimi mən də əminəm ki, Azərbaycanın inkişafı və xalqın firavan gələcəyi naminə xalqımız hər zaman birlik və həmrəylik nümayiş etdirəcək. Haqq  yolunda addımlayan Azərbaycanın inkişafı və güclənməsi naminə bütün gücümü səfərbər etməyə hər an hazırıq.

ADBTİA-nın prorektoru,
professor Yusif Babanlı

 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top