Altı yaşlı uşağın cibindən 6 min manat çıxdı, polis heyrətləndi — VİDEO

MARAQLI 15 iyl 2021, 15:26
Rusiyanın Volqoqrad şəhərində qeyri-adi hadisə baş verib.

NTV kanalı xəbər verir ki, polis əməkdaşı altı yaşlı uşağın cibindən 50 minlik əskinazların çölə çıxdığını görüb. Sorğu-sual olunan azyaşlı öz adından başqa heç nə deyə bilməyib və bölməyə aparılıb.

Məlum olub ki, o, qardaşı və bacısıyla birgə nənəsinin himayəsində yaşayır. Uşaq evin təmiri üçün yığılmış 275 min rublu ( 6297 AZN) götürərək oyuncaq almağa yollanıb.(azpost.info)



Demokrat.az

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top