“Erməni hərbçilərlə bağlı məhkəmə prosesləri tərəflərin bərabərliyi prinsipi əsasında keçirilir” — Ramil İskəndərli

SİYASƏT 14 iyl 2021, 19:47
Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə və digər cinayətlərdə ittiham olunan erməni hərbçilər Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviç ilə bağlı cinayət işi üzrə iyulun 14-də Yasamal Rayon Məhkəməsində növbəti məhkəmə iclası keçirildi.

Demokrat.az xəbər verir ki, ictimaiyyətə açıq və şəffaf şəkildə keçirilən məhkəmə iclasında media nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edirdilər.

Prosesdə “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli, hüquqşünas-ekspert Fariz Əkbərov və Ombudsman təsisatının nümayəndəsi müşahidəçi qismində iştirak edirlər (ShushaNews).

Proses Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilir. /AZERTAC

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top