Sabiq deputat dövlət orqanlarını narkotacirlərə doğru “Səlib yürüşü”nə ÇAĞIRDI

GÜNDƏM 13 iyl 2021, 11:40
Azərbaycanda narotik istifadəçilərinin sayının artması, narkoticarətin genişlənməsi çox böyük problemə çevrilib. Narkoticarətlə məşğul olan şəxslər necə cəzalandırılmalıdır ki, vəziyyət dəyişsin?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru, sabiq deputat Çingiz Qənizadə  mövzu ilə bağlı Modern.az-a danışıb.

“Ölkədə narkotik istifadəçilərinin sayının artması müşahidə olunur. Ayrı-ayrı yerlərdən, bölgələrdən məlumatlar gəlir ki, narkotik satanları himayə edən qüvvələr var. Bunların himayəsi sayəsində rayonlarda müxtəlif ərazilərdə narkotik satışı reallaşır. Hesab edirəm ki, dövlət qurumları, hüquq- mühafizə orqanları “Səlib yürüşü” kimi hücuma keçməlidir. Həm narkotik qəbul edənlərin, həm narkotik satanların ölkəyə gəlişi dərhal dayandırılmalıdır. Əks təqdirdə, çox gecikmiş olacağıq. Bu da çoxsaylı narkomanların yaranmasına səbəb olacaq”.



Narkoticarətlə məşğul olanlara ölüm cəzasının verilməsi ilə bağlı müəyyən təkliflər var. Çingiz Qənizadə buna da münasibnət bildirib:

“Narkotik satışı ilə məşğul olan şəxslərin cəzalandırılması, ölüm cəzasına məhkum olunması kimi fikirlər qəbuledilmə.zdir. Çünki biz 2000-ci ildə Avropa Şurasının tam bərabər hüquqlu üzvü olmuşuq və üzvlüyə qəbul olunarkən müəyyən öhdəliklər götürülüb, ölüm cəzasından imtina olunub. Biz Avropa Şurasında varıqsa, bu cəza tətbiq edilə bilməz. Lakin sanksiyalar sərtləşdirilə bilər. Bu gün 234.1.4-cü maddələr arasında sanksiyalara baxdıqda biz daha çox 2, 3, 4-cü hissələrin tətbiqində sanksiyaların yuxarı həddinin artırılması ilə bağlı düşünə bilərik. Narkotik istifadəçilərinin cəzalandırılması düzgün deyil, onlar xəstədirlər, aludə olublar və narkotiksiz yaşaya bilmirlər. Bu cür insanları narkotikə aludə edən, gətirib təmin edən, satan insanların yolu və qarşısı dərhal kəsilməlidir. Hesab edirəm ki, bu sahədə bizim bəzi dövlət qurumlarının müəyyən problemləri var ki, ölkədə göz görə-görə narkotik satanların və qəbul edənlərin sayı artır”.
Hüquqşunas cəza ilə hansısa cinayətin qarşısını almağın mümkün olmadığını vurğulayıb:

“Narkoticarət dünya üzrə ən çox gəlir gətirən sahələrdən biridir. Bu sahə ilə mübarizə üçün dövlət orqanlarına da ictimai dəstək lazımdır. Vətəndaşların dövlət orqanları ilə əlaqə qurması vacibdir.

Dövlət tərəfindən çox ciddi kampaniya başlamalıdır və bu cinayətkarlığa qarşı mübarizə gücləndirilməlidir”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top