Baku TV-nin Tovuz döyüşlərindən xüsusi reportajı — VİDEO

QARABAĞ 12 iyl 2021, 17:10
Tovuz döyüşləri 27 sentyabrda “Dəmir yumruq” əməliyyatı ilə başlayacaq 44 günlük Vətən müharibəsində xalqımızı qələbəyə aparan yolun başlanğıcı oldu.

Bu təxribatı törətməkdə Ermənistanın iki əsas məqsədi var idi. Birincisi, Qarabağ məsələsinin həllində diplomatik cəbhədə dalana dirəndiyindən Azərbaycanın qabağında dura bilməyəcəyini anlayan düşmən təxribatı sərhəd istiqamətində törədərək hadisələrin seyrini dəyişmək, üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını regiona cəlb etmək niyyəti güdürdü.

İkincisi isə Tovuz və Qazax rayonları istiqamətindən ölkəmizin əsas beynəlxalq enerji və infrastruktur layihələri keçdiyi üçün yüksəkliklər təcavüzkar ölkə tərəfindən işğal ediləcəyi təqdirdə böyük təhlükə yarana bilərdi. Lakin Azərbaycan ordusu Ermənistanın bu arzusunu da ürəyində qoydu.

Reportajda Tovuz döyüşləri iştirakçıları həmin günlərlə bağlı öz təəssüratlarını bölüşüb.
 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top