Ukraynalı diplomatın Şuşaya səfəri ermənilərdə aqressiya yaratdı

QARABAĞ 11 iyl 2021, 13:38
Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskinin Şuşaya səfəri ilə bağlı sosial mediada paylaşımı ermənilərdə aqressiya yaradıb.

Ukraynalı diplomat "Twitter" hesabında iyulun 9-10-da baş tutan Şuşa səfəri ilə bağlı paylaşım edib.

"Arzular çin oldu! Mən Qarabağın ürəyinə, Azərbaycan xalqının mənəvi paytaxtına - Şuşa şəhərinə səfər etdim. Bu mənim həm Azərbaycanın böyük tarixi və mədəni irsi ilə, həm də azad olunmuş ərazilərdə iri miqyaslı yenidənqurma bərpa işləri ilə ilk tanışlığım oldu!", səfir bildirib.

Ukraynalı diplomatın bu paylaşımı erməni izləyicilər arasında aqressiya yaradıb. Onlar həm səfiri təhqir edən, həm də Ukrayna münaqişəsi və Krımın işğalının haqlı olduğuna dair şərhlər yazıblar.

Xatırladaq ki, iyulun 9-10-da Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəlikləri Füzuli və Şuşaya səfər edib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top