Cinsi azlıq əleyhdarlarının keçirdiyi aksiyada döyülən jurnalist vəfat etdi


HADİSƏ 11 iyl 2021, 12:55
Tbilisidə iyulun 5-də cinsi azlıq əleyhdarlarının keçirdiyi aksiyada döyülən “Pirveli” telekanalının operatoru Lekso Laşkarava vəfat edib.

O, yaşadığı evdə dünyasını dəyişib.

Media nümayəndəsinin dəqiq ölüm səbəbi hələ məlum deyil.

L.Laşkarava bir neçə gün xəstəxanada müalicə olunmuşdu.

Qeyd edək ki, aksiyada 50-yə yaxın media nümayəndəsinə fiziki təzyiq göstərilib. Polis iğtişaşlarda iştirak edən 11 nəfəri saxlayıb. Onların bəziləri barəsində həbs qətimkan tədbiri seçilib.


Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top