YapiKredi Müraciət Forması
Qarabağ

Vətən müharibəsində itkin düşən kapitanın nəşi tapıldı

Vətən müharibəsində itkin düşən kapitanın nəşi tapıldı

Azərbaycan Odusunun Vətən müharibəsində itkin düşən daha bir hərbçisinin nəşi tapılıb.

Demokrat.az xəbər verir ki, 9 aydır itkin düşən kapitan Pənahov Əkbər Bəylər oğlunun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu təsdiqlənib.

O, Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.

Qeyd edək ki, Ə.Pənahov 12 avqust 1990-cı ildə anadan olub.

Şəhid iyulun 12-də Bakıda dəfn ediləcək.

Allah rəhmət eləsin!(report.az)

D
demokrat.az