Azər Ayxan: "Məmur yarım milyonluq maşında gəzib, vətəndaşa saxta pensiya aldığı üçün irad tuta bilməz"

GÜNDƏM 07 iyl 2021, 18:10
Məmurlar bahalı xidməti maşınlar almağa davam edirlər. Sanki aralarında yarış gedir. Küçədə gedirsən, qarşında 4 təkərin üstündə 250 min dollar şütüyür. Bu tərəfə baxırsan, 350 min dollar vızıtıyla keçir. Postmüharibə dövründə buna gərək varmı? 150-200 min dollardan başlayan bahalı maşınlarda gəzmək bu qədərmi vacibdir? Məsələn, 2015-18-ci il istehsalı olan Mersedes maşınlar kifayət qədər yeni sayılır. İstismara da tam yarayır. O zaman nə üçündür bu israfçılıq?

İndi pensiyası kəsilən, əlilliyi ləğv edilən vətəndaş sizin "büdcənin qayğısına qalırıq" bəyanatınızın səmimiyyətinə necə inansın, hörmətli məmurlar? Bir yandan dövlət büdcəsinin dağıdılmasının qarşısını almaq üçün saxta əlillik, saxta pensiyalar dayandırılır. 100 minə yaxın vətəndaşın pensiyası, əlilliyi ləğv edilib. Digər yandan da məmurlar dövlət büdcəsi hesabına olduqca bahalı maşınlar alırlar, komfortlarına korluq verimirlər. Saxta əlillik ləğv edilsin, razıyıq. Saxta pensiyalar da dayandırılsın, bu da xub. Bəs sizin özünüz bu prosesə nə zaman fayda verəcəksiz? Qənaətə niyə keçmirsiz?

Bu təzad imkan vermir ki, vətəndaşlar məmurların səmimiyyətinə inansın. Məmur nümunə olmalıdı. Özü yarım milyonluq maşında gəzib, vətəndaşa saxta pensiya aldığı üçün irad tuta bilməz. Çünki ikisinin də mənbəyi xalqın, dövlətin puludi. Sadə vətəndaşa olmazsa, məmura heç olmaz!

Azər Ayxan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top